XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2021 - 10:16

İranda zəlzələ olub- 5,5 bal gücündə

İranın cənubunda 5,5 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə İran Seysmologiya Mərkəzi məlumat yayıb.

Seysmoloqların verdiyi məlumata görə, yeraltı təkanları Bakı vaxtı ilə saat 01:31-də qeydə alınıb. Onun ocağı 19 kilometr dərinlikdə, episentri isə Hormozqan vilayətində yerləşib.

Eyni zamanda, ABŞ-ın Geoloji Araşdırmalar Xİdməti və Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin ocağının 8-10 kilometr dərinlikdə olduğunu qeyd edib.

Zəlzələ nəticəsində dağıntılar və tələfat barədə məlumat verilmir.