XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

16 Yanvar 2021 - 10:50

Rusiyada kütləvi vaksinasiyaya başlanılır- Yanvarın 18-dən

Yanvarın 18-dən etibarən Rusiyada əhalinin koronavirusa qarşı kütləvi vaksinasiyasına başlanılacaq.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikova aparıcı epidemioloq və virusoloqlarla görüşdə bildirib.

“Ölkə prezidenti 18 yanvar 2021-ci il tarixindən kütləvi vaksinasiyaya başlanılmasını elan edib”, – Qolikova belə deyib.

Onun sözlərinə görə, Rusiyada koronavirus infeksiyasına qarşı indiyədək iki yerli peyvənd qeydiyyata alınıb, üçüncü peyvənd isə hazırlanma mərhələsindədir.