XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Yanvar 2021 - 11:14

ABŞ-ın səhiyyə naziri istefa verib

ABŞ səhiyyə naziri Aleks Azar istefa verib, ancaq bununla belə səlahiyyət müddətinin sonuna qədər öz postunda qalacaq.

APA xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Məlumata görə, A.Azarın istefası simvolik xarakter daşıyır və heç bir praktiki nəticə gözlənilmir. Çünki bu və ya digər halda o, 20 yanvar tarixinədək vəzifəsində qalacaq, yalnız bundan sonra səlahiyyət müddəti bitəcək.

ABŞ-da kabinet üzvləri ənənəvi olaraq səlahiyyət müddəti bitən prezidentlə birlikdə istefaya gedir.