XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Yanvar 2021 - 11:40

BMT sülhməramlısı öldürülüb- Mərkəzi Afrika Respublikasında

Daha bir BMT sülhməramlısı Mərkəzi Afrika Respublikasında (MAR) öldürülüb. Hərbi maşın karvanına hücumun “Dəyişiklik naminə Vətənpərvərlər Koalisiyası” tərəfindən həyata keçirildiyi iddia olunur.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik jurnalistlərə açıqlamasında bildirib.

“Baş Katib “Dəyişiklik naminə Vətənpərvərlər Koalisiyası” üzvlərinin Qrimari şəhərində BMT-nin MAR-da Sabitlik üzrə Çoxölçülü Kompleks Missiyasının (MINUSCA) karvanına ehtimal olunan hücumunu qəti şəkildə qınayır. Hücum zamanı Burundidən olan sülhməramlı öldürülüb, daha ikisi yaralanıb”, – Düjarrik belə deyib.

Onun sözlərinə görə, baş katib BMT-nin sülhməramlılarına hücumların müharibə cinayəti hesab oluna biləcəyini xatırladıb. Düjarrik baş katibin ölkədəki silahlı qruplar tərəfindən vəziyyəti gərginləşdirmək cəhdlərinin davam etməsindən çox narahat olduğunu da əlavə edib: “O, bütün tərəfləri şiddəti dərhal dayandırmağa və mübahisələri sülh yolu ilə həll etməyə çağırır”.