XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2021 - 19:03

Serbiya Çin vaksinindən kütləvi istifadə edəcək ilk Avropa ölkəsi olub

Serbiya Çinin “Sinopharm” şirkətinin istehsal etdiyi koronavirus vaksinindən kütləvi vaksinasiya proqramı çərçivəsində istifadə edəcək ilk Avropa ölkəsi olub.

APA “Guardian”a istinadən xəbər verir ki, vaksinasiya proqramı çərçivəsində bu gün Çindən Serbiyaya 1 milyon doza vaksin çatdırılıb.

Vaksinin daşındığı konteynerləri Belqrad Hava limanında Serbiya Prezidenti Aleksandr Vuçiç və Çinin bu ölkədəki səfiri qarşılayıb. A. Vuçiç göndərilən vaksinlərə görə Çin Prezidenti Xi Jinpinqə təşəkkür edib.

Qeyd edək ki, Serbiyada bu vaxtadək yeni növ koronavirusa 369 823  yoluxma halı təsdiqlənib,  3  708 nəfərin xəstəlikdən vəfat etdiyi bildirilir.