XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

16 Yanvar 2021 - 21:47

İran ballistik raketlərini sınaqdan keçirdi:"Əsas hədəfimiz düşmən gəmilərinə zərbə endirməyə qadir olmaqdır"

İranın İslam İnqilabı Keşikçiləri Korpusu Hind okeanında ballistik raketlərin hədəflərə zərbə endirilməsi üzrə sınağını keçirib.

“İnterfaks”ın məlumatına görə, İran hərbçiləri qeyd ediblər ki, atışlarda 1,8 min kilometr məsafədəki hədəflərə zərbə endirmiş müxtəlif növ raketlər tətbiq edilib.

“Bizim əsas döyüş tapşırıqlarımızdan biri təyyarədaşıyanlar da daxil olmaqla, düşmən gəmilərinə zərbə endirməyə qadir olmaqdır”, – İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general Hüseyn Salami bildirib/Report.