Rusiyada ötən gün 24 092 koronavirus xəstəsi aşkar edilib.
Ölkədə xəstələrinin ümumi sayı 3 544 623 nəfərə çatıb.
Bir gündə 27 311 nəfər sağalıb, 590 nəfər həyatını itirib. Ümumilikdə, Rusiyada indiyədək koronavirusdan 2 936 991 xəstə sağalıb, 65 085 nəfər ölüb. Hazırda ölkədə 542 547 nəfər COVID-19 xəstəsi var.
Moskvada COVID-19 xəstələrinin sayı bir gündə 4674 nəfər artıb(azərtac).