XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Yanvar 2021 - 10:00

G7 sammiti nə vaxt keçiriləcək? –Zaman və məkan açıqlanıb

Böyük Britaniya Kornuoll yarımadasının (Atlantik okeanı) Karbis-Bey kurort şəhərciyində iyunun 11-dən 13-ə qədər “Böyük Yeddilər”in (G7) növbəti sammitini keçirəcək.

Bu barədə Birləşmiş Krallığın baş naziri Boris Consonun dəftərxanasının xəbərində deyilir.

Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya və Avropa Birliyi liderlərinin görüşünə Avstraliya, Hindistan və Cənubi Koreyanın rəhbərləri də dəvət ediləcək.

“Böyük Yeddilər”ə sədrlik edən Böyük Britaniya hökumətinin rəsmi məlumatında qeyd edilir ki, G7 liderləri görüşdə koronavirus pandemiyası və iqlim dəyişiklikləri kimi ümumi problemləri müzakirə edəcəklər. Onlar həmçinin əhalinin sərbəst ticarətə ümumi çıxışı, texnoloji tərəqqinin faydaları və elmi kəşflər mövzularını da qaldıracaqlar.

“Baş nazir G7-dən dünyanın demokratik və texnoloji cəhətdən inkişaf etmiş ölkələri arasında əməkdaşlığı genişləndirmək üçün istifadə etmək niyyətindədir. Bu məqsədlə, Avstraliya, Hindistan və Cənubi Koreya liderlərini masadakı bilik və təcrübə səviyyəsini artırmaq üçün görüşə qonaq qismində iştiraka dəvət etdi. On lider demokratik ölkələrdə yaşayan əhalinin 60%-dən çoxunu təmsil edir”, – Dauninq stritin açıqlamasında deyilir.