ABŞ-ın Miçiqan ştatının Lensinq şəhərində yerləşən parlament binasının qarşısına vətəndaşlar toplaşıb.
Bu barədə barədə MSNBC telekanalı xəbər verib.
Telekanalın məlumatına görə, gələnlərin bəzilərinin silahlı olmasına baxmayaraq, şəhərdə vəziyyət sakitdir. Bundan başqa binanın qarşısında çox sayda jurnalist var.
Hüquq-mühafizə orqanlarının əməkdaşları binanın qarşısında kordon qurublar, Milli Qvardiya zabitləri ərazidə xidmət aparırlar. /Report