XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Yanvar 2021 - 16:47

“Yeni səfirlik açdığımız 39 ölkə ilə ticarət həcmi 27 faiz artıb” –Çavuşoğlu

“Türkiyə Avropanın şərqində, Asiyanın isə ən qərbində yerləşən ölkədir. Bu nadir mövqeyimizi ən yaxşı şəkildə dəyərləndirməliyik. Türk millətinin ən qiymətli xüsusiyyəti təşəbbüskarlığıdır. Hansı ölkəyə getsək, orada mütləq bir neçə türk təşəbbüskara rast gəlirik. Biz də türkün bu özəlliyini xarici siyasətimizə yönəldirik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Türkiyənin Asiya ölkələri ilə ticarətinin inkişafında yeni perspektivlər” mövzusunda çıxış edərkən deyib.

Nazir qeyd edib ki, Türkiyənin xarici ölkələrdəki səfirlərinə ən çox iqtisadiyyat və ticarət siyasətində səlahiyyətlər verilib: “Bu gün yeni təyinat alan səfirlərimizə müraciət edəcəyəm. Eyni şəkildə bu məsələni onlara bir daha xatırladacağam. Çünki Türkiyənin ixracatını artırmaq ən vacib məsələdir. Əlimizdə Mərkəzi Bankımızın maraqlı bir hesabatı var. 39 ölkədə yeni səfirlik açmışıq. Türkiyə Mərkəzi Bankının hesabatına görə, həmin ölkələrlə ticarət həcmi 27 faiz artıb”. (apa)