XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

18 Yanvar 2021 - 18:01

“Rusiya Bayden administrasiyasından radikal dəyişikliklər gözləmir” –Lavrov

Rusiya Bayden administrasiyasından Strateji Hücum Silahları haqqında Müqavilənin uzadılması ilə bağlı konkret təkliflər gözləyir.

Bu barədə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden administrasiyası dövründə də Rusiya və Çinə qarşı siyasət xətti davam edəcək: “Baydenin komandasındakı təyinatlar ABŞ-ın dominantlıq xəttinin davam edəcəyini mühakimə etməyə imkan verir”.

Lavrovun sözlərinə görə, ABŞ-ın yeni administrasiyanın Rusiya ilə münasibətdə davranışı mümkündür ki, daha nəzakətli olacaq: “Rusiya Bayden administrasiyasından radikal dəyişikliklər gözləmir. Lakin ABŞ liderliyinin hərəkətlilik metodları başqa cür olacaq”. (apa)