XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

18 Yanvar 2021 - 20:13

Mövlud Çavuşoğlu:“Məsut Özilin “Fənərbaxça”ya transferinə görə sevinirəm"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Məsut Özilin “Fənərbaxça”ya transferini dəyərləndirib.

Çavuşoğlu almaniyalı həmkarlı Hayko Maasla birgə keçirdiyi mətbuat konfransında bu keçidlə bağlı maraqlı fikirlər səsləndirib.

O, “Fənərbaxça” azarkeşi olduğu üçün 33 yaşlı pleymeykerin transferinə sevincini gizlətməyib: “Mən özüm “Fənərbaxça” azarkeşiyəm. Məsut Özilin bu komandaya transferinə görə sevinirəm. Ümid edirəm ki, buna görə, “Qalatasaray”lı, “Beşiktaş”lı və “Trabzonspor”lu azarkeşlər məndən inciməzlər”.

Qeyd edək ki, hazırda İstanbulda olan Məsut Özil “Fənərbaxça” ilə 3,5 illik müqavilə bağlayacaq. (Apasport.az)