XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

19 Yanvar 2021 - 10:18

BMT-nin 2 sülhməramlısı öldürülüb –Mərkəzi Afrika Respublikasında

Mərkəzi Afrika Respublikasının (MAR) cənubunda silahlı qruplaşmanın hücumu nəticəsində BMT-nin sabitliyi təmin etmək üçün xidmət aparan missiyasının 2 sülhməramlısı öldürülüb.

RİA Novosti xəbər verir ki, hadisə Banqasudan (Mbomu prefekturası) 17 km aralıda baş verib.

Missiyanın rəhbəri Manker Ndiaye silahlıların hücumunu qınayıb.

Qeyd edək ki, ölənlərdən biri qabonlu, digəri isə mərakeşlidir.

O, BMT missiyasının təcavüzkarların şəxsiyyətini müəyyənləşdirmək və ədalət mühakiməsinə cəlb etmək üçün MAR rəhbərliyi ilə səyləri birləşdirəcəklərini vurğulayıb.

Xatırladaq ki, ötən həftə də MAR-da 2 BMT sülhməramlısı öldürülmüşdü.