XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

03 Aprel 2016 - 12:46

İntim videosu yayılan müxalifət lideri danışdı:"Məhkəməyə verməyəcəm"

Rusiyanın müxalifyönlü PARNAS partiyasının sədri Mixail Kasyanov NTV kanalında efirə gedən «ÇP.Rassledovanie» verilişində intim videosunun yayılmasına münasibət bildirib.  

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Kasyanov kanalı məhkəməyə verməyəcəyini bildirib. Buna səbəb məhkəmənin ədlalətli qərar çıxaracağına inanmamasıdır: «Son bir ildə üç dəfə məhkəmə və polis orqanlarına müraciət etmişəm. Heç bir nəticəsi olmayıb. NTV kanalını bir dəfə məhkəməyə vermişdim. Maliyyə nazirinin müavini olduğum dövrlərdə Beynəlxalq Valyuta Fondunun ayırdığı 4,5 milyard dollarlıq krediti oğurladığımı iddia edirdilər. Məhkəmə bu iddiaya görə heç bir cəza kəsmədi. Bunun sadəcə jurnalist mühakiməsi olduğunu bildirdi».

Siyasətçi məhkəmə proseslərinə yox, siyasi mübarizəyə diqqət ayırmaq istədiyini deyib. Kasyanovdan fərqli olaraq gizli çəkilişlərdə intim görüntüləri olan Natalya Pelevina məhkəməyə müraciət edəcəyini bildirib.

Xatırladaq ki, həmin görüntülərdə müxalifət liderinin partiyadakı silahdaşı Natalya Pelevina ilə intim münasibətləri, həmçinin ikilinin digər müxalifət liderləri –  Aleksey Navalnı, İlya Yaşinlə bağlı söhbətləri də əks olunub. Sənədli filmdə siyasi intriqalar, partiyanın gələcək fəaliyyətinə dair gizli planlar, dövlət vəsaitləri və s. məqamlar da əksini tapıb.

Süjetdə Kasyanova nüfuz etmək, onunla bağlı kompromat toplamaq üçün Natalya Pelevinadan istifadə olunduğu və intim görüntüləri mediaya məhz xanım siyasətçinin sızdırdığı ilə də bağlı iddialar səslənir.