XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

19 Yanvar 2021 - 20:45

ATƏT-in sədri Ukraynaya səfər edib –Rəsmi Kiyevdən Rusiyaya yeni mesaj verilib

İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Ukraynaya səfər edib.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter”də bildirib.

“ATƏT-in fəaliyyətdə olan sədri kimi ilk xarici səfərini Kiyevə edən Ann Lindeni burada salamlamağa şadam. Bu, Rusiyanın Ukraynaya qarşı davam edən aqressiyası nəticəsində Avropa təhlükəsizliyinə təhdidə cavab verməyin ATƏT-ə sədrlik edən İsveç üçün prioritet olmasına işarədir”, -deyə Ukrayna XİN başçısı qeyd edib/APA.