XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Yanvar 2021 - 23:37

Qətər körfəz ölkələrini İranla danışıqlara başlamağa çağırıb:"Bu prosesə hər cür dəstək verməyə hazırıq"

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani bu yaxınlarda Doha ilə münasibətləri bərpa edən və embarqonu aradan qaldıran Körfəzin ərəb ölkələrini İranla problemləri müzakirə etmək məqsədilə danışıqlara başlamağa çağırıb.

“Bloomberg”  xəbər verir ki, o, Qətərin bu prosesə hər cür dəstək verməyə hazır olduğunu vurğulayıb.

Qətərin xarici siyasət idarəsinin rəhbəri rəsmi Dohanın bu danışıqların baş tutacağına inandığını deyib. Onun sözlərinə görə, Körfəz Əməkdaşlıq Şurasına daxil olan ölkələrin əksəriyyəti buna müsbət yanaşır.

Qeyd edək ki, yanvarın əvvəlində Səudiyyə Ərəbistanında Qətərlə Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirliyi və Bəhreyn arasında münasibətlərin tənzimlənməsinə dair kommunike imzalanıb. Bununla da onlar arasın 3 il əvvəl başlamış və SSRİ ilə ABŞ arasında baş verən “soyuq müharibə” ilə müqayisə olunan gərginliyə son qoyulub/Report.