XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Yanvar 2021 - 22:23

Bolton:“Tramp ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcək”

“Donald Tramp ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcək”.

TASS-ın verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton deyib.

“Bəli, düşünürəm ki, Tramp ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcək”, – deyə o, vurğulayıb.

C. Bolton Vaşinqtonda Kapitoliyə hücumu Amerika üçün çox kədərli gün adlandırıb. Lakin C. Bolton qeyd edib ki, Trampa qarşı impiçmentin tətbiqi doğru deyil: “Gələcəkdə Tramp üçün ən pis cəza, sadəcə onu görməməzlikdən gəlmək olacaq. İmpiçment bunun əksinə gətirib çıxarır”/APA.