XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Yanvar 2021 - 21:09

Britaniyada daha 33355 nəfərdə koronavirus aşkarlanıb –1610 nəfər isə ölüb

Böyük Britaniyada son sutka ərzində 1610 nəfər koronavirusdan həyatını itirib. Bu, pandemiyanın başlamasından etibarən qeydə alınan ən yüksək göstəricidir.

Bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.

Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 91 470 nəfərə çatıb.

Son sutka ərzində 33 355 nəfər koronavirusa yoluxub. Hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 466 849 nəfər təşkil edir/APA.