XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Yanvar 2021 - 22:10

ABŞ-dan Çinə növbəti ittiham:uyğurlara qarşı hərəkətlər soyqırımdır

ABŞ hakimiyyəti Çinin Sinszyan-Uyğur muxtar vilayətindəki hərəkətlərini “soyqırım” və “insanlıq əleyhinə cinayətlər” hesab edir.

Belə bəyanatla ABŞ-ın dövlət katibi Maykl Pompeo çıxış edib.

“Əlçatan faktların dəqiq öyrənilməsindən sonra mən bu nəticəyə gəldim ki, Çin Xalq Respublikası ən azı 2017-ci ilin martında Sinzyanda insanlığa qarşı cinayətlər törədib. Bundan başqa, mən bu nəticəyə gəldim ki, Çin Xalq Respublikası orada soyqırım həyata keçirirdi”, – Pompeonun bəyanatında iddia edilir.

Çin Xalq Respublikası hakimiyyəti daha əvvəl rəsmi Vaşinqtonun Sinzyan Uyğur muxtar vilayətində yerli sakinlərin haqlarının və azadlıqlarının sıxışdırılması barədə iddialarını dəfələrlə rədd edib/Report.