XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Yanvar 2021 - 09:34

Ərdoğan:“Sadələşdirmə adı altında türkcəmiz tarixin ən böyük qətliamına məruz qalıb”

“Milli kimliyimizin və yaddaşımızın daşıyıcısı olan türkcəmizə təəssüf ki, layiqincə diqqət yetirmirik. Dillərini qorumayan millətlər, kökləri quruyan ağaclar kimi küləklər qarşısında yıxılmağa məhkumdur”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin mədəni irslə bağlı mükafatlandırma mərasimində danışarkən bildirib.

Ərdoğan deyib ki, Türkiyədə mütəxəssislər mədəniyyət hadisələrini çox vaxt dil məsələsi xaricində dəyərləndirirlər ki, bu da yanlışdır.

“Dilimiz bir müddətdir fransız mənşəli,  son zamanlarda isə ingilis mənşəli ifadələrlə doludur”, deyən Türkiyə Prezidenti bu mənzərənin sosial media vasitəsilə daha dəhşətli vəziyyətə düşdüyünü vurğulayıb. Qeyd edib ki, türkcəni qorumaq türk mədəniyyətini və millətini qorumaq deməkdir: “Gələcəyimizə qoyacağımız ən böyük sərmayələrdən biri, özümüzdən əvvəlkilərin səhvlərini təkrarlamadan xarici dillər işğalına qarşı türkcəmizi inkişaf etdirmək və qorumaq olacaq. Dil bir canlı varlıq olaraq hər canlı kimi qayğı tələb edir. Bu baxımdan bir çox sektorun üzərinə vacib vəzifələr düşür”.