XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

21 Yanvar 2021 - 12:02

Aİ liderləri COVID-19 və Navalnını müzakirə edəcək- İclas

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin rəhbərləri bu il ilk videokonfrans formatında iclas keçirəcəklər.

“Report”un məlumatına görə, ilk müzakirə ediləcək mövzu koronavirus pandemiyası ilə bağlı vəziyyət olacaq.

Gündəmdə kütləvi peyvənd məsələləri, testlərin sayının çoxaldılması və yenilənmiş pandemiya dövründə ittifaq daxilində sərbəst hərəkəti təmin etməkdir.

Onlayn sammitin koronavirusa həsr olunmasına baxmayaraq, liderlərin Rusiya müxalifətinin lideri Aleksey Navalnının Moskvada saxlanılması məsələsini də müzakirə edəcəklər.