XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

21 Yanvar 2021 - 23:02

Dünyada koronavirus:ötən gün 17350 nəfər pandemiyanın qurbanı olub

Pandemiyanın başlanğıcından bəri dünyada 2 086 159 nəfər koronavirusdan ölüb. Bu isə o deməkdir ki, virusa yoluxanların 3 %-i dünyasını dəyişib.

“Worldometers” xəbər verir ki, ötən gün rekord sayda – 17 350 nəfər pandemiyanın qurbanı olub.

İndiyədək dünyada 97 422 123 nəfərə COVID-19 diaqnozu qoyulub. Onların böyük hissəsi – 70 002 166 nəfəri sağalsa da, virusun yayılması səngiməyib. Hazırda dünyada aktiv xəstələrin sayı 25 333 798 nəfərdir.

İndiyədək ən çox yoluxma halı yanvarın 8-də qeydə alınıb – 839 342 nəfər.

Koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilən 111 962 pasiyentin vəziyyəti kritikdir.