XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Yanvar 2021 - 22:50

Moskvada koronavirusla bağlı tətbiq olunan bəzi məhdudiyyətlər yumşaldılıb- Detallar

Rusiya paytaxtında koronavirusun yayılması ilə bağlı tətbiq olunan bir sıra məhdudlaşmalar yumşaldılıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, Moskva meri Sergey Sobyanin bildirib ki, yanvarın 22-dən etibarən Moskvada muzey, kitabxana və digər mədəniyyət müəssisələrinin işi bərpa olunur, teatr, kinoteatr və konsert zallarına tamaşaçı sayı 50 faizə qaldırılmaqla iki dəfə artırılır, digər əyləncəli, idman, sərgi və maarifləndirici kütləvi tədbirlərin tamaşaçılarla keçirilməsinə icazə verilir, uşaq əyləncə mərkəzlərinin, düşərgələrin, Ticarət və Əyləncə Mərkəzlərindəki uşaq otaqlarının işinə qoyulan məhdudlaşdırmalar ləğv edilir.

Bununla belə, Moskva meri paytaxtda yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olan sakinlər üçün ev rejiminin müddətini uzadıb.