İraqın paytaxtı Bağdadda ard-arda törədilən iki partlayış nəticəsində 21 nəfər ölüb, 44 nəfər yaralanıb.
“TRT Haber” xəbər verir ki, partlayış paytaxtın Tayaran meydanında yerləşən bazarda baş verib.
Terrorçu-kamikadze meydanda özünü partladıb.
Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Ona görə ölənlərn sayının artacağı istisna edilmir/Report.
****
Bağdad şəhərində törədilən terror aktı nəticəsində ölən və yaralananların sayı artıb.
“Al Arabiya” telekanalının verdiyi xəbərə görə, terror aktı nəticəsində 28 nəfər ölüb, ən azı 73 nəfər yaralanıb/APA.