XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Yanvar 2021 - 14:43

Türkiyə XİN:"Bağdaddakı mənfur terror hücumunu qətiyyətlə pisləyirik"

“Bu mənfur terror hücumunu qətiyyətlə pisləyir, bu vəsilə ilə terrorla mübarizədə dost və qonşumuz İraqın yanında olduğumuzu bir daha vurğulayırıq”.

Bunu Türkiyə Xarici İşlər Nazirliyi açıqlayıb.

“Bu gün İraqın paytaxtı Bağdadda bazarda törədilən intihar hücumunda çox sayda ölən və yaralananların olduğunu məyusluqla öyrəndik. Xain hücumda ölənlərə Allahdan rəhmət, yaralıların isə tezliklə sağalmasını, qardaş İraq xalqı və hökumətinə başsağlığı diləyirik”, açıqlamada qeyd olunub.

Xatırladaq ki, İraqın paytaxtın Bağdadda ard-arda baş verən terror aktı nəticəsində 28 nəfər həlak olub, 73 nəfər yaralanıb/Report.