XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Yanvar 2021 - 23:17

Britaniyada daha 37892 nəfərdə koronavirus aşkarlanıb –1290 nəfər isə həyatını itirib

Böyük Britaniyada son sutka ərzində 37 892 nəfərdə koronavirus aşkar olunub.

Bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb. Bununla da hazırda koronavirusa yoluxanların ümumi sayı 3 543 646 nəfərə çatıb.

Son sutka ərzində 1290 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 94 580 nəfər olub.

Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda 5 milyona yaxın insan koronavirus əleyhinə peyvəndin ilkin dozasını qəbul edib/APA.