XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

22 Yanvar 2021 - 00:38

Albaniya Rusiya diplomatına ölkəni tərk etmək üçün 3 gün vaxt verib –Səbəb

Albaniya hakimiyyəti Rusiyanın bu ölkədəki diplomatını persona non qrata elan edib.

Bu barədə “Agency France-Presse” məlumat yayıb.

Albaniya hakimiyyətinin iddiasına görə, diplomat koronavirusla əlaqədar tətbiq edilmiş məhdudiyyətləri pozub.

“Aleksey Krivoşeev 72 saat ərzində ölkəni tərk etməlidir”, – agentlik ölkənin Xarici İşlər Nazirliyinin bəyanatından sitat gətirib.

Bununla birlikdə nazirlikdə qeyd edilir ki, Rusiya Federasiyası ilə dostluq münasibətlərinin gücləndirilməsinə cəhd edirlər. Xarici İşlər Nazirliyində Rusiyanın “bütün dünya üçün ağır dövrdə qəbul edilmiş” bu qərara anlayışla yanaşacağına ümid ifadə ediblər.

Albaniyanın xarici siyasət idarəsi Rusiya diplomatının məhz hansı qaydalar pozduğunu açıqlamayıb/Report.