XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Yanvar 2021 - 09:00

“Bayden hələlik Trampla söhbət etməyi planlaşdırmır” –Ağ Ev

ABŞ-ın yeni prezidenti Cozef Baydenin keçmiş dövlət başçısı Donald Trampla görüşü planlaşdırılmır.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlərə açıqlamasında deyib.

“Söhbət planlaşdırılmır”, – deyə Psaki bildirib.

Qeyd edək ki, Bayden andiçmədən bir qədər sonra Trampdan “ürəyəyatımlı” məktub aldığını bildirib, bununla belə, Trampın andiçmə mərasiminə gəlmədiyini və onunla şəxsən görüşmədiyini əlavə edib. Bayden məktubun özəl olduğunu qeyd edərək, onun məzmununu öz sələfi ilə danışmayana qədər açıqlamayacağını vurğulayıb. (apa)