XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Yanvar 2021 - 11:54

Türkiyədə İŞİD-in edam dəstəsinin üzvləri saxlanılıb

Türkiyənin paytaxtı Ankarada polis İŞİD terror təşkilatının edam dəstəsinə qarşı əməliyyat keçirib.

“Anadolu” xəbər verir ki, antiterror əməliyyatı sonucunda paytaxtda 10 nəfər saxlanılıb.

Bundan başqa, ölkənin Samsun Baş Polis İdarəsi Terrorla mübarizə şöbəsinin əməkdaşları şəhərin İlkadım, Canik və Çarşamba rayonlarında müəyyən edilən 13 ünvanda eyni vaxtda əməliyyat keçirib. Əməliyyatda İŞİD terror təşkilatı ilə əlaqəsi olduğu güman edilən 4 Suriya və 10 İraq vətəndaşı yaxalanıb.

Əməliyyat keçirilən məkanda axtarış zamanı rəqəmsal materiallar aşkarlanaraq müsadirə edilib.