Rusiyanın Kemerovo vilayətinin Leninsk-Keznetsk dairəsində S.D.Tixov adına daş kömür mədənin uçması nəticəsində 3 nəfər ölüb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti bildirib.
Məlumata görə, dağıntı zaman şaxtada 44 nəfər olub, onlarda 41-i torpağın üstünə çıxarılıb. Şaxtaçıları həkim müayinə edib.
Mədənin illik istehsal gücü 1,8 milyon tondur. (report)