XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

22 Yanvar 2021 - 14:23

Rusiya XİN:"Albaniyanın rusiyalı diplomatla bağlı qərarını böyük təəssüflə qarşılayırıq"

“Moskva Rusiya diplomatının Albaniya tərəfindən arzuolunmaz şəxs elan olunması haqqında qərarı böyük təəssüflə qarşılayır”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

“Bu açıq-aydın Rusiya-Albaniya münasibətlərinin korlanmasına istiqamətlənən təxribatdır və əlbəttə ki, bu qeyri-dost addım cavabsız qalmayacaq. Diplomatiyada başlıca prinsiplərdən biri qarşılıqlı münasibətdir, bunu heç kəs ləğv etməyib”, – deyə Rusiya XİN başçısının müavini vurğulayıb.

Qeyd edək ki, Albaniya Rusiya diplomatını ölkədə koronavirusa qarşı tədbirlərini pozduğuna görə “persona non qrata” elan edib. Rusiyalı diplomat Albaniyanı 72 saat ərzində tərk etməlidir.

Xatırladaq ki, bu, 2021-ci ildə rusiyalı diplomatların fəaliyyət göstərdiyi ölkələrdən ilk çıxarılması halıdır. Ötən il Bolqarıstan, Niderland, Avstriya, Slovakiya və Çexiya rusiyalı diplomatları “casusluqda” günahlandıraraq ölkədən çıxarıb. Moskva isə bu ölkələrə qarşı cavab tədbiri görərək eyni addımı atıb. (apa)