Yaponiyanın Osaka prefekturasının qubernatoru Yosimura Hirofumi Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının növbəti dəfə təxirə salınmasının mümkün olduğunu söyləyib.
O, “Kyodo” agentliyinə açıqlamasında olimpiadanın 2024-cü ildə keçirilə biləcəyini bildirib.
“Olimpiadanın ləğv edilməsi sözünü işlətmək istəməzdim. Amma mümkün təxirəsalınma real görünür”, – Hirofumi vurğulayıb.
Qeyd edək ki, “Tokio-2020” bu il 23 iyul – 8 avqusta təxirə salınıb. (apa)