XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

22 Yanvar 2021 - 22:46

“Universitetin tələbəni mitinqdə iştiraka görə qovmaq hüququ var” –Putinin sözçüsü

“Tələbələrin bu və ya başqa aksiyalarda iştirakı, qeyd-şərtsiz, tələbələrin şəxsi işidir. Ancaq tələbələrin qanunsuz aksiyalarda iştirakı, sözsüz, bu təhsil müəssisələrinin rəhbərliyindən müxtəlif yanaşmalara səbəb ola bilər, hər bir təhsil müəssisəsinin bununla bağlı öz siyasəti ola bilər”.

“Interfax” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov söyləyib.

“Bundan əlavə, əlbəttə ki, Təhsil Nazirliyinin də bununla bağlı ümumi mexanizmləri ola bilər”, – o əlavə edib.

Xatırladaq ki, yanvarın 18-də Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. O, sınaq müddətini dəfələrlə pozmaqda təqsirli bilinir. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə irəli sürüldüyünü iddia edir. A.Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 55 milyondan çox izləmə sayı toplayıb. Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb.

Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bir çox bölgələrində kütləvi aksiyaların keçirilməsi planlaşdırılır. (report)