XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Aprel 2016 - 18:44

Saakaşvilidən Qarabağdakı gərginliklə bağlısensasion açıqlama

saak-5.jpg

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Azərbaycan-Ermənistan cəbhə xəttində yaşanan gərginliklə bağlı bəyanat yayıb.

"Feysbuk" sosial şəbəkəsində yaydığı bəyanatda Odessa qubernatoru baş verənlərdə Rusiyanı ittiham edib:

“Münaqişə indi nə Ermənistan, nə də Azərbaycan üçün sərfəlidir. Bu daha çox Putinin Azərbaycan və Türkiyəyə qarşı təxribatına bənzəyir. Çünki Moskva hadisələrin bu cür inkişafına çoxdan hazırlaşır. Rusiya çoxdan və intensiv olaraq hər iki tərəfi silahlandırır. Bu dövlət son illər təcili şəkildə sırf hərbi təyinat üçün Dağıstandan Gürcüstana, Azərbaycana ən tez şəkildə müdaxiləni təmin edəcək yol çəkdi”.

Saakaşvilinin sözlərinə görə, belə bir situasiyada bütün liderlər ehtiyatlı davranmalı və dözümlülük nümayiş etdirməlidirlər(musavat.com).