XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Yanvar 2021 - 19:43

“Tokio olimpiadası ləğv edilməyəcək” –IOC

Beynəlxalq Olimpiya Komitəsi (IOC) növbəti dəfə Tokio-2020 Yay Olimpiya Oyunlarnın ləğv edilməyəcəyini açıqlayıb.

IOC-dan TASS-ın sorğusuna cavab kimi olimpiadanı keçirməkdə qərarlı olduğunu bildirib.

Məlumatda təşkilatın yaponiyalı tərəfdaşlarla birlikdə Oyunların uğurlu alınmasına tam diqqət ayırdığı vurğulanıb.

Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) açıqlamasında isə yarışın strategiyasının ilk hissəsinin fevralın əvvəllərində dərc olunacağı qeyd edilib: “Oyunların təxirə salınması qərarından sonra yarışa hazırlaşan bütün tərəflər koronavirusun yayılmasına qarşı tədbirlərin görülməsi, idmançıların, təsisçilərin və yaponiyalı azarkeşlərin yoluxma riskini minimuma endirəcək plan üzərində yorulmadan çalışırlar. Strategiyanın ilk hissəsi olimpiadanı necə keçirməyi planlaşdırdığımızı və yarışa gələcək insanların şəxsi məsuliyyətini tam izah edəcək”.

Qeyd edək ki, daha əvvəl “Times” nəşri Yaponiya hökumətindəki mənbəyə istinad edərək, yerli rəhbərliyin koronavirus pandemiyası səbəbindən Oyunları ləğv etmək istədiyini yazıb.”Tokio-2020″ bu il 23 iyul – 8 avqusta təxirə salınıb. (report)