XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Yanvar 2021 - 23:47

Britaniyada koronavirus:son sutkada 40 mindən çox yoluxma qeydə alınıb

Böyük Britaniyada son sutka ərzində 40 261 nəfər koronavirusa yoluxub. 

Bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 583 907 nəfərdir.

Son sutka ərzində 1401 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 95 981 nəfərə çatıb. (apa)