XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

23 Yanvar 2021 - 11:33

Gürcüstanda koronavirus:son sutkada 998 nəfər yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 998 nəfər yoluxub, 16 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da, qonşu ölkədə koronavirusa yoluxanların sayı 252 972, ölənlərin sayı isə 3 038 nəfərə çatıb.

Virusa yoluxanlardan 240 629 nəfərin sağaldığı bildirilir.