XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Yanvar 2021 - 13:13

Türkiyə bu ölkədən uçuşları dayandırır- Koronavirusun yeni ştammına görə

Türkiyə koronavirusun yeni ştammına görə Braziliyadan uçuşları dayandırır.

Trend-in məlumatına görə, bu barədə Səhiyyə naziri Fahrettin Koca “Twitter” səhifəsində bildirib.

Xatırladaq ki, Türkiyə daha əvvəl ötürülə bilən mutasiya edilmiş koronavirus növü səbəbindən Böyük Britaniya, Hollandiya, Danimarka və Cənubi Afrikadan uçuşları dayandırıb.

Ankara peyvənd kampaniyasına Çinin “Sinovac” vaksinindən istifadə edərək yanvarın 14-də başlayıb, indiyədək ölkədə 1,2 milyondan çox insan koronavirusa qarşı peyvəndlənib.