XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

23 Yanvar 2021 - 13:40

Rusiyada pandemiya qurbanlarının sayı 69 minə çatır

Rusiyada son bir gündə daha 20 921 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 696 273 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 559 nəfər artaraq 68 971-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 109 315 nəfər sağalıb.