XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Yanvar 2021 - 13:46

Baydendən daha bir təyinat:müsəlman qadın iqtisadi müşavir olacaq

ABŞ-ın yeni prezidenti Co Bayden müsəlman qadını ABŞ Milli İqtisadi Şurasının direktor müavini vəzifəsinə namizəd göstərməyi planlaşdırır.

Strateq.az “NY Post”-a istinadla xəbər verir ki, Samira Fazili Bayden-Harris transfer komandasının iqtisadi agentliyinin direktoru idi.

O, əvvəllər Atlanta Federal Ehtiyat Bankında iqtisadi və sosial inkişaf üzrə direktor vəzifəsini tutub. Eyni zamanda, Fazili Obama-Bayden administrasiyasında Ağ Ev Milli İqtisadi Şurasının baş siyasi müşaviri və ABŞ Maliyyə Nazirliyinin daxili və beynəlxalq maliyyə məsələləri üzrə baş məsləhətçisi kimi fəaliyyət göstərib.

ABŞ Milli İqtisadi Şurası ABŞ Prezidentinin əsas iqtisadi və diplomatik siyasət orqanıdır və Şura sədri prezidentin iqtisadi siyasət müşaviri hesab olunur.