İtaliyanın paytaxtı Romada – şəhərin tarixi hissəsində yerləşən «Campiani» kafesində partlayış olub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, partlayışa kafedə başlayan yanğın səbəb olub və nəticədə bir nəfər həyatını itirib. Ölən şəxsin kafe işçilərindən olduğu bildirilir.
Yanğının qısaqapanmadan çıxdığı ehttmal olunur. Hadisə yerinə yanğınsöndürənlər və polislər cəlb olunub.