XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Yanvar 2021 - 20:58

Trampın qızı nişanlanıb –Livanlı milyarderdən milyonluq hədiyyə

Donald Trampın kiçik qızı Tiffani Tramp livanlı milyarder nişanlısı Maykl Bulosun ona hədiyyə etdiyi nişan üzüyünü manşet xəbərinə çevirib.

Strateq.az “Daily Mail”-ə istinadla xəbər verir ki, Tiffani və Maykl Çərşənbə axşamı nişanlandıqlarını elan ediblər.

Üzüyün qiyməti təxminən 1,2 milyon dollardan çoxdur və o, Nyu-Yorkda ticarətlə məşğul olan məşhur livanlı zərgər Sammer Helima tərəfindən hazırlanıb.

Tiffani Donald Trampın ikinci arvadı Marla Meyplzdan olan yeganə övladıdır. O, aktrisa və prodüser olan nası ilə birlikdə Kaliforniyada yaşayıb və bu yaxınlarda Corctaun Universitetinin hüquq fakültəsini bitirib.

Bulos ailəsi maşın, avadanlıq, pərakəndə satış və inşaat sahəsində ixtisaslaşmış “Bulos Şirkətlər Qrupu”nun qurucusu və sahibidir.