XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Yanvar 2021 - 21:30

İran ABŞ-la əməkdaşlıq etməyə hazırdır- Açıqlama

“Rəsmi Tehran, ABŞ ilə Fars körfəzində təhlükəsizlik və neft satışında əməkdaşlıq edə bilər”.

“Report”un məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Fars körfəzinin təhlükəsizliyini təmin etmək məsələsində heç bir problem olmadığı kimi, neft məsələsində də ABŞ-la əməkdaşlıq etmək üçün heç bir problem görmürük. İran İsrail problemi və hegemonluq mövzusunda Vaşinqtonla əməkdaşlıq etməyəcək. Amerikalıların daxili işlərimizə qarışmasına icazə verməyəcəyik”,-deyə, nazir əlavə edib.