XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

24 Yanvar 2021 - 09:34

İspaniyanın Qərargah rəisi istefa verdi –Peyvənd qalmaqalına görə

İspaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Miqel Anhel Vilyarroya yeni növ koronavirus infeksiyasına qarşı peyvənd edildikdən sonra yaranan narazılıqlara görə istefa verib.

Bu barədə “Europa Press” agentliyi məlumat yayıb.

General növbədənkənar vaksin vurdurmaqda günahlandırılır. Nəticədə Baş Qərargah rəisi Müdafiə naziri Marqarita Roblesə istefa ərizəsini təqdim edib. Nazir də öz növbəsində istefanı qəbul edib.

Miqel Anhel Vilyarroya müəyyən edilmiş protokol qaydalarını izlədiyini və tutduğu mövqedən istifadə etmədiyini bildirib. /Report