XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Yanvar 2021 - 10:00

“ABŞ Mərkəzi Amerika ölkələrinə 4 milyard dollar yardım edəcək” –Meksika Prezidenti

ABŞ miqrantların axınını azaltmağa kömək etmək üçün Mərkəzi Amerika ölkələrinə müəyyən məbləğdə maliyyə yardımı etməyi planlaşdırır.

Bunu Meksika prezidenti Andres Manuel Lopez Obrador bəyan edib.

Onun sözlərinə görə, vəsaitin ayrılması məsələsi onun ABŞ prezidenti Co Baydenlə telefonla danışığı zamanı müzakirə edilib:

“Mən laqeyd olmaq istəmirəm. Amma Bayden üç ölkəyə (Qvatemala, Honduras və Salvador – Red) 4 milyard ABŞ dolları məbləğində yardım edəcəyini açıqladı”. /Report