XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Yanvar 2021 - 23:47

Ukraynada sərt karantin rejimi ləğv edilir –Qərar

Ukraynada koronavirusun kütləvi yayılmasına görə yanvarın 8-dən tətbiq olunan sərt karantin rejimi yanvarın 25-i saat 00:00-dan ləğv edilir. Bununla bağlı qərar Ukrayna Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Bununla da Ukraynada martın 31-dək yumşaldılmış karantin müddəti hökm sürəcək. Bu müddətdə ticarət-əyləncə mərkəzləri, idman zalları, fitnes-mərkəzləri, hovuz, kino və teatrların fəaliyyəti, kütləvi tədbirlərin keçirilməsi mümkün olacaq. Kafe və restoranlar saat 07:00-dan 23:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, sərt karantin rejimi bütün ölkə üzrə tətbiq edilmişdi. /Virtualaz.org