XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

25 Yanvar 2021 - 09:12

Dünyada koronavirus:son sutkada 577 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 577 301 nəfər koronavirusa yoluxub, 13 688 nəfər ölüb. 

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 97 464 094 yoluxma hadisəsi, 2 112 689 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 56 faizdən çoxu Şimali və Cənubi Amerikanın (323 950), payına düşür. Digər yerləri isə Avropa (166 047) və Cənub-Şərqi Asiya (29.198) bölüşür. (apa)