XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

25 Yanvar 2021 - 13:36

Nigeriyada girov götürülən türkiyəli dənizçilərin xilas edilməsi işləri davam etdirilir” –Nazir

Nigeriya sahillərində heyət üzvləri dəniz quldurları tərəfindən qaçırılan türkiyəli dənizçilərin geri qaytarılması üçün cəhdlər davam etdirilir.

B barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

Nazir deyib ki, girovluqda olan dənizçilərin xilas edilməsi üçün Türkiyənin Xarici İşlər Nazirliyi ilə birgə fəaliyyətdədirlər.

Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər öldürülüb, 3 nəfər isə gəmidə qalıb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur. Dəniz quldurları tərəfindən qarət edilən gəmi Qabonun Gentil limanında lövbər salıb. Gəmidə qalan F. İsmayılovun nəşi yanvarın 26-da Türk Hava Yollarının uçuş reysi ilə Azərbaycana göndəriləcək. (apa)