XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Yanvar 2021 - 20:23

İranlı professor ABŞ-da həbs edilib

İran universitetlərindən birinin professoru Kavə Əfrasiyabi İslam Respublikasının maraqlarına lobbiçilik edən agent kimi qeydiyyatdan keçmədiyi üçün həbs edilib.

Məlumatı “Fars” agentliyi yayıb.

ABŞ-ın Ədliyyə Nazirliyi bildirib ki, Kave Lütfullah Əfrasiyabi qanunsuz fəaliyyətə görə Massaçusets ştatının Uotertaune şəhərində öz evində həbs edilib. İddiaya əsasən, o, İran hökumətinin və İslam Respublikasının BMT-dəki daimi nümayəndəsinin gizli əməkdaşı olub. K.Əfrasiyabiyə bu istiqamətdə fəaliyyətinə görə, pul ödənilib.

İranın BMT-dəki nümayəndəliyinin mətbuat katibi Əlirza Miryusifi ABŞ-ı tənqid edərək bildirib ki, prezidenti Donald Tramp administrasiyası anti-İran “fantaziyası” ilə seçilib: “Doktor Əfrasiyabi agent deyil, universitet professoru və beynəlxalq münasibətlər üzrə ekspertdir”

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin də Əfrasiyabinin həbsinə görə ABŞ-ı tənqid edib, hadisəni insan hüquqları və söz azadlığının ciddi şəkildə pozulması kimi qiymətləndirib. (report)