XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

25 Yanvar 2021 - 23:59

“Oxfam”:"10 milyarderin sərvətindəki artımla hamı yoxsulluqdan qurtara bilər"

Koronavirusun (COVID-19) qlobal miqyas almasından sonra dünyadakı milyarderlərin ümumi sərvəti 3,9 trilyon ABŞ dolları və yaxud 48,4 % artaraq 11,95 trilyon dollara çatıb.

“Report” xəbər verir ki, bu barədə İngiltərənin “Oxfam” beynəlxalq yardım təşkilatının “Bərabərsizlik Virusu” adlı hesabatında bildirilir.

Sənədə əsasən, dünyada ən zəngin 1 000 nəfərin sərvətinin iqtisadi böhrandan əvvəlki səviyyəyə qayıtması 9 ay çəkib. Halbuki, yoxsulluq həddində yaşayan insanların böhrandan əvvəlki səviyyəyə qayıtması üçün təxminən 10 il lazımdır.

Dünya Bankının açıqladığı məlumatlara istinad edən “Oxfam” hesab edir ki, pandemiyadan sonra 100 milyondan çox insan həddindən artıq yoxsulluqla üzləşə bilər.

“Pandemiya başlayandan bəri ən zəngin 10 milyarderin sərvətindəki artımla hamı yoxsulluqdan qurtara, koronavirusa qarşı peyvəndin xərcləri qarşılana bilər”, – deyə təşkilat bəyan edib.

“Oxfam”ın iqtisadçılar arasında apardığı sorğu nəticəsində məlum olub ki, iqtisadçıların 87 %-i ölkələrindəki gəlir bərabərsizliyinin artdığını, 56 %-i koronavirusun gender bərabərsizliyinin də artımına səbəb olduğunu düşünür. Soğuya qatılanların 67 %-i hökumətlərinin artan bərabərsizliyi azaltmaq üçün planının olmadığı qənaətindədir.

“Dünyadakı insanların yarısı gündəlik 5,5 dollardan az məbləğlə həyatda qalmağa çalışır. Son 40 ildə dünyanın ən zəngin 1 %-lik hissəsi, ən kasıb 50 %-lik hissəsi ilə müqayisədə 2 dəfə çox qazanıb”, – hesabatda qeyd olunub.